Birləşmiş Millətlər Təşkilatının ( BMT ) baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayının bugünkündən iki dəfə çoxalacağını deyib.
"Unikal" xəbər verir ki, açıqlama zamanı 28 min-dən çox ölüm xəbəri verilmişdi Hazırda Türkiyədə ölənlərin sayı 29 min 605 nəfər, Suriyada isə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təxminən 8,5 min nəfərdir.
Qriffitsin sözlərinə görə, binaların dağıntılarını tam araşdırmaq və ölənlərin sayını hesablamaq lazım olduğundan, mövcud vəziyyəti dəqiq qiymətləndirmək çətindir.
“Ancaq əminəm ki, ölənlərin sayı ikiqat və ya daha da artacaq. Bu dəhşətlidir. Təbiət çox qəddar şəkildə geri dönür. Bu, çox sarsıdıcıdır ..."-deyə Griffiths bildirib.