2014-cü ildən NATO-nun baş katibi postunu tutan Yens Stoltenberq səlahiyyətlərini uzatmaq niyyətində deyil.
"Unikal" xəbər verir ki, onun bu ilin oktyabrına kimi təqaüdə çıxacağı gözlənilir.
"Onun baş katib kimi mandatı artıq üç il uzadılıb, o, 9 ilə yaxındır ki, bu vəzifədədir və müddəti uzatmaq niyyətində deyil", - NATO nümayəndəsi Oanu Lunqesku bildirib.
Stoltenberqin 64 yaşı var və NATO-ya rəhbərlik etməzdən əvvəl Norveçin baş naziri olub.