Adıyamanda baş verən zəlzələdə dağılan bir çox binanın podratçısı Yavuz Karakuş həyat yoldaşı Sevilay Karakuşla Gürcüstana qaçmaq istəyərkən İstanbul hava limanında yaxalanıb.
"Unikal" xəbər verir ki, onlar Hava Limanının Beynəlxalq Terminalında şəxsiyyət yoxlaması zamanı saxlanılıb.
Karakuşların üzərindən 16 min dollar və 20 min lirə tapılıb. Yavuz Karakuş barəsində cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.
Gülayə Mecid