Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş Qaziantepin İslahiye rayonunda dağılmış binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir.
"Unikal" xəbər verir ki, 170 saat sonra 40 yaşlı Sibel Kaya adlı qadın dağıntılar altından sağ çıxarılıb. Ona ilkin tibbi yardım göstərilib. Qadın xəstəxanaya yerləşdirilib.