ABŞ-ın Moskvadakı səfirliyi Amerika vətəndaşlarına Ukraynada baş verən müharibə ilə əlaqədar Rusiyaya getməməyi tövsiyə edib.
"Unikal" xəbər verir ki, bu barədə diplomatik missiyanın saytında bəyanat dərc edilib.
"Rusiya hərbi qüvvələrinin Ukraynaya təxribatsız tammiqyaslı müdaxiləsinin gözlənilməz nəticələrinə görə Rusiyaya səfər etməyin", - səfirliyin bəyanatında deyilir.
Səfirlik həmçinin Rusiyada yaşayan və ya səyahət edən ABŞ vətəndaşlarını dərhal oranı tərk etməyə çağırıb. Bu, terror təhlükəsi və bir sıra səbəblərlə əlaqələndirilib.
Ağarza Elçinoğlu