"Rusiya Britaniyanın yeni kralı III Çarlzın may ayında keçiriləcək tacqoyma mərasiminə dəvət olunmayıb".
"Unikal" RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin deyib.
"II Elizabetin dəfn mərasimində olduğu kimi buna da bizi dəvət etməyiblər”, - Kelin deyib.
III Çarlz 2022-ci ilin sentyabrında anası Kraliça II Elizabetin ölümündən sonra taxta çıxıb. 6 may 2023-cü ildə yeni monarxın tacqoyma mərasimi Vestminster abbatlığında keçiriləcək. Eyni zamanda, onun həyat yoldaşı Kamilla kraliça kimi taclanacaq.