Hollandiyada Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld Utrext şəhərində təkbaşına aksiya keçirib.
"Unikal" xəbər verir ki, o, aksiya zamanı yenidən "Qurani-Kərim"i cırıb. Polisin müdaxiləsi nəticəsində Edvin Vaqensveld ərazini tərk edib.
Qeyd edək ki, o yanvarın 22-də də Haaqadakı müvəqqəti Hollandiya parlamenti binası qarşısında tək başına keçirdiyi nümayişdə polisin himayəsi altında Quranı cırıb.