Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Meksikadan Adıyamana gələn qrupun axtarış-xilasetmə iti Proteo dağıntılar üzərində aparılan araşdırmalar zamanı həyatını itirib.
"Unikal" xəbər verir ki, axtarış-xilasetmə iti həyatını itirdikdən sonra qrup Proteonun xatirəsinə Meksikada bir dəqiqəlik sükut və mərasim təşkil edilib. Proteo axtarış-xilasetmə işləri çərçivəsində Meksikadan Türkiyəyə gələn 16 itdən biri olub.
Bununla yanaşı, Meksikada nəşr olunan "El Financiero" qəzeti axtarış-xilasetmə itlərinin 4 aylıq olduqları zaman təlimə başladığını açıqlayıb. Belə ki, Meksika Müdafiə Nazirliyinin nəzdində yetişdirilən bu itlərə 3 aylıq olanda mikroçip vurulur. İtlər 4 aylıq olduqdan sonra axtarış-xilasetmə qruplarına inteqrasiya edilərək təlimə başlayırlar və bir yaşı tamam olana qədər təlimləri davam edir. Daha sonra itlər orduda müxtəlif ixtisaslara bölünür.
Bu ixtisaslardan biri təbii fəlakətlər zamanı insanların xilas edilməsini əhatə edir.
Gülayə Mecid