"Rusiya Moldovada müxalifətin etiraz aksiyalarının köməyi ilə və hərbi təlim keçmiş şəxslərin, habelə Rusiya Federasiyası, Belarusiya vətəndaşlarının iştirakı ilə dövlət çevrilişi etməyi planlaşdırır".
"Unikal" xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu ölkənin təhlükəsizliyinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya Moldovada sabitliyi pozmaq niyyətindədir.
"Keçən ilin payızında belə cəhdlər artıq edilib, lakin Moldova hakimiyyətinin operativ müdaxiləsi sayəsində onlar uğursuz alınıb" ,- deyə Sandu qeyd edib.