Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Belə ki, o, külli miqdarda əmlak oğurluğu və xüsusilə də külli miqdarda israfçılıq törətməkdə ittiham olunur.
Qeyd edək ki, fevralın 8-də parlament müxalif "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyanı deputat toxunulmazlığından məhrum edib və istintaq orqanı Ohanyana qarşı cinayət araşdırmasına başlamaq imkanı əldə edib. İttiham öz əksii taparsa, eks-naziri həbs gözləyəcək.
Ağarza Elçinoğlu