Fevralın 6-da Kahramanmaraşın Pazarcık rayonunda 04:17-də 7,7 və Elbistan rayonunda saat 13:24-də 7,6 bal gücündə iki zəlzələ baş verib. 10 şəhərdə böyük dağıntı və insan tələfatına səbəb olan zəlzələdən ən çox zərər çəkən vilayətlərdən biri də Malatyadır.
"Unikal" xəbər verir ki, mərkəzi Elbistanda olan ikinci zəlzələdə Malatyada olan mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoyun ölümdən döndüyü məlum olub.
Belə ki, Mehmet Nuri Ersoy Malatya valiliyində olarkən saat 13:24-də 7,6 bal gücündə ikinci zəlzələyə yaxalanıb. Bu vaxt meydana gələn zəlzələdə Malatya Qubernatorluğunun 4 mərtəbəli iclas salonu çöküb. Yerli KİV-ə danışan nazir "İclasımız həmin vaxt başlasaydı, böyük bir fəlakət yaşanardı" deyə ifadə edib.
Gülayə Mecid