Edinburqdan Nyu -Yorka uçan "Delta" Hava Yollarına məxsus təyyarə yanğın səbəbindən təcili eniş edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanğın təyyarənin qanadında baş verib. 

Məlumata görə, yanğına səbəb yanacaq sızması olub. 

Bundan sonra pilot Qlazqo hava limanına təcili eniş edə bilib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Ağarza Elçinoğlu