Belarus öz ərazisinin Rusiya tərəfindən Ukraynaya qarşı hücumda platforma kimi istifadə edilməsinə icazə verib.
"Unikal" xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq təşkilatın müdafiə nazirlərinin sabah keçiriləcək iclasından əvvəl keçirdiyi brifinqdə bildirib.
“Belarus Ukraynaya silahlı hücum etməsə də, öz ərazisinin Rusiya tərəfindən istifadəsinə icazə verib. Müharibənin ilk günlərindən biz gördük ki, Belarus ərazisindən Ukraynaya zərbələr endirilirdi. Həmçinin Belarus Rusiya ilə birgə hərbi təlimlər keçirib. Belarus rejimi Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni, təcavüzkar müharibəsində iştirak etməməlidir”, - Baş katib qeyd edib.