Ümumdünya Ərzaq Proqramı (WFP) Türkiyə və Suriyada baş verən güclü zəlzələdən zərər çəkmiş insanların ərzaqla təmin edilməsi üçün BMT-nin fondundan 77 milyon ABŞ dolları istəyib.
"Unikal" xəbər verir ki, bu barədə WFP-nin rəsmi saytı məlumat yayıb.
Hazırda 284 min insan Suriyada, 590 min nəfər isə Türkiyədə yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.
Son dörd gündə WFP Türkiyə və Suriyada 115 min insanı ərzaqla təmin edib.