Kahramanmaraşda böyük dağıntılara səbəb olan zəlzələdən 3 gün əvvəl sosial media hesabında paylaşım edən zəlzələ mütəxəssisi Frank Hoogerbeets yenidən diqqət çəkib.
"Unikal" xəbər verir ki, fevralın 3-də tvitterdəki paylaşımında Türkiyədə zəlzələ olacağını deyən Frank bu hadisədən sonra daha da məşhurlaşıb. Hətta bəzi sosial media istifadəçiləri onu "zəlzələ peyğəmbəri" adını veriblər.
Lakin Frank Hoogerbeets susqunluğunu pozub: "Mən peyğəmbər deyiləm. Yer və planetlərin mövqeləri arasındakı əlaqələr üzərində çalışan bir tədqiqatçıyam, bunun üçün xüsusi proqram hazırlamışam".