NATO-nun baş katibi Yens Stoltenberq bu gün ilk dəfə olaraq ABŞ hava məkanında uçan obyektlərin, xüsusən də Çin isti hava şarının məhv edilməsi faktlarını şərh edib.
"Unikal" xəbər verir ki, o, bu hadisələrin ABŞ-a qarşı artan kəşfiyyat əməliyyatları kontekstində yer aldığını qeyd edib.
“Çin və Rusiyanın davranışında NATO müttəfiqlərinə qarşı kəşfiyyat və müşahidəyə yönəlmiş əməliyyatların genişləndirilməsi istiqamətində müəyyən tendensiya var. Biz bunu rəqəmsal arenada görürük, kəşfiyyat peyklərinin sayının artması da nəzərə çarpır. Bu tendensiya balonlarda da əhəmiyyətlidir. Bu baxımdan bizim üçün ayıq-sayıq olmaq çox vacibdir, eyni zamanda kəşfiyyat məlumatlarını necə paylaşdığımız və hava məkanımızı necə qoruduğumuz da vacibdir”, - deyə Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi bəyan edib.