Moskva vilayətində Daxili İşlər Nazirliyinin ekstremizmlə mübarizə idarəsinin keçmiş rəis müavini intihar edib.
"Unikal" xəbər verir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinin sabiq rəis müavini, general-mayor Vladimir Makarovun meyiti Moskva yaxınlığındakı Qolikovo kəndində tapılıb.
"Hadisə fevralın 13-də səhər saatlarında baş verib. Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinin eks-rəis müavini, 72 yaşlı general-mayor Vladimir Makarovun meyiti bağ evində tapılıb”, - mənbə bildirib.
General-mayor Makarov bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsindən azad edilib.