NATO-nun müdafiə nazirləri fevralın 14-15-də Ukraynaya dəstəyin artırılmasını müzakirə edəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Stoltenberq mətbuat konfransında bildirib .
"Biz Ukraynaya dəstəyi və bu dəstəyin artırılmasını müzakirə edəcəyik", - NATO-nun baş katibi deyib.
Eyni zamanda Stoltenberq “hərbi təchizatın sürətləndirilməsinin” vacibliyinə işarə edib.
Bundan əvvəl Yens Stoltenberq bəyan edib ki, fevral ayından NATO ölkələri Ukraynaya 120 milyard dollar dəyərində bütün növ yardımlar edib .
Stoltenberq həmçinin Avropa İttifaqı və NATO-nu Ukraynaya yardımı artırmağa çağırıb .