Kahramanmaraşda baş verən zəlzələlərdə Hatayda dağılan Tower Mənzilin podratçısı Ömər Cihan Antalyanın Manavgat rayonunda saxlanılıb. Cihanın zəlzələ qurbanı kimi 5 ulduzlu oteldə qaldığı bildirilib.
"Unikal" xəbər verir ki, fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə dağıntılar altında ölən və yaralananların yaxınları mənzili tikən şirkətin sahibi Ömər Cihandan şikayət edib.
Şikayət əsasında Ömər Cihan haqqında həbs qərarı çıxarılıb. Ailəsi ilə birlikdə Manavgata gələn və Titreyengölün turizm mərkəzindəki 5 ulduzlu oteldə zəlzələ qurbanı kimi qalan şirkət sahibi Ömər Cihan ötən gün İlçe Jandarma Komandanlığı qrupları tərəfindən saxlanılıb.