Ukrayna münaqişəsi qlobal iqtisadiyyatda 2,8 trilyon dollar itki ilə nəticələnəcək.
"Unikal" xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Kabinetinin İşlər Naziri Məhəmməd bin Abdulla əl-Gerqavi Dubayda keçirilən Dünya Hökuməti Sammitində bildirib.
“Təəssüf ki, bu gün biz Rusiya və Ukrayna arasında müharibənin şahidi oluruq, buna görə dünya təxminən 2,8 trilyon dolları itirmək riski altındadır”, - nazir deyib.
O əlavə edib ki, Ukrayna böhranı səbəbindən nüvə müharibəsinin başlaması riski var.