Türkiyədə zəlzələdən zərərçəkmiş Adana şəhərində axtarış-xilasetmə işləri başa çatıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi tviterdə bildirib.
Nazirin sözlərinə görə, bölgədə dağıntılar altından ümumilikdə 34 vətəndaş çıxarılıb, 418 nəfər isə zəlzələnin qurbanı olub.