NATO-nun baş katibi Yens Stoltenberq etiraf edib ki, NATO 2014-cü ildən intensiv şəkildə silahlı eskalasiyaya hazırlaşır.
"Unikal" xəbər verir ki, o, uzun illlərdir ölkələrin müdafiə xərclərini artırdıqlarını deyib.
“2014-cü ildən NATO öz hərbi qüvvələrini ən əhəmiyyətli dərəcədə artırılmağa başladı. Həmin ildən başlayaraq alyansın ən böyük korreksiyasını, qüvvələrimizin yüksək hazırlıq səviyyəsinə gətirilməsini, şərq cinahda gücləndirilməsini, təlimlərin sayının artırılması bunun üçün idi. Uzun illərdir ki, ölkələr müdafiə xərclərini artırırdılar”, - deyə o bildirib.
Baş katib əlavə edib ki, NMD-nin başlaması Qərb bloku tərəfindən həyata keçirilən iştirakçı ölkələrin kollektiv müdafiəsinin ən geniş şəkildə gücləndirilməsinin vacibliyini nümayiş etdirdi.