İranın Rusiyadakı səfiri Kazem Cəlali bazar ertəsi keçirdiyi mətbuat konfransında bəyan edib ki, Moskva və Tehran 2023-cü ildə vizasız rejimin tətbiqi ilə bağlı razılığa gələ bilərlər.
"Unikal" xəbər verir ki, o, bildirib ki, İran tərəfi bu məsələ ilə bağlı Rusiyadan cavab gözləyir və vizanı ən qısa zamanda ləğv etməyə hazırdır.
Cəlali vurğulayıb ki, iki ölkə arasında vizasız rejimin tətbiqi perspektivi var və İran İslam Respublikası nəinki belə bir tədbirlə razılaşır, həm də bu məsələdə öz tərəfindən addımlar atıb.
İranlı diplomatın qeyd etdiyi kimi, hazırda İran Rusiya rəsmilərinin rəyini gözləyir və əgər Rusiya da İran kimi müvafiq hazırlığın olduğunu bəyan etsə, o zaman iki ölkə arasında vizasız rejimi mümkün olduğu qədər tez elan etmək olar.