Miçiqan ştatının Enn Arbor şəhərində yerləşən Miçiqan Universitetində atışma baş verib. 

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki,  bu barədə ABŞ polisi məlumat yayıb. 

Bildirilir ki, naməlum şəxs universitetə daxil olaraq silahla insanlara hücum edib.  Nəticədə 3 nəfər həlak olub.  Naməlum şəxs isə ərazidən qaçıb. 

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şübhəli şəxsin axtarışları davam edir.