İsveçrə hökuməti Rusiyanın 7,5 milyard frank (8,1 milyard dollar) aktivlərini dondurub.
"Unikal" xəbər verir ki, bu barədə İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyinin rəsmi nümayəndəsi Markus Sporndli məlumat verib.
Sporndlinin sözlərinə görə, Credit Suisse-in açıqladığı məlumatlara təkcə İsveçrə sanksiyaları nəticəsində dondurulmuş vəsaitlər deyil, həm də digər ölkələrdə sanksiya tətbiq edilmiş şəxslərə və təşkilatlara məxsus vəsaitlər daxildir: "Ona görə də İqtisadiyyat Nazirliyi bu məlumatlara münasibət bildirə bilməz".
Ağarza Elçinoğlu