Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Rusiya axtarış-xilasetmə qrupu Türkiyədə dağıntılar araşdırmalarında tapdıqları 150 min dolları polisə təhvil verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi yazılı açıqlama yayıb.
Məlumata görə, xilasedicilər uçan evdə axtarış-xilasetmə əməliyyatları zamanı içərisi yüz dollarla dolu olan qazan aşkar ediblər. Daha sonradan tapılan məbləğin 150 min dollar olduğu müəyyən edilib və vəsaitlər yerli polisə təhvil verilib.