Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri və baş nazirin keçmiş müavini Bülənt Arınç may ayına təyin edilmiş ümumi seçkilərin dərhal təxirə salınmalı olduğunu bəyan edib.
"Unikal" xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb.
Siyasətçinin fikrincə, dağıdıcı zəlzələlər fonunda ölkədə “seçkiqabağı stressdən” xilas olmalıdır.
“May və ya iyunda seçki ola bilməz. Seçkilər təcili olaraq təxirə salınmalıdır. Allahdan qorxun, xarabalıqlarda hələ də meyitlər var. Seçici söhbəti olmadığı halda seçkidən necə danışmaq ola”, - Arınç bildirib.