Taliban nümayəndə heyətinin üzvləri Özbəkistan hakimiyyəti ilə razılığa gəliblər.
"Unikal" xəbər verir ki, bu barədə Özbəkistana səfər edən Taliban nümayəndə heyətinin üzvləri məlumat verib.
Məlumata görə, Əfqanıstan və Özbəkistan arasında bu ölkənin dəmir yolu xətti ilə malların daşınmasını bərpa etmək üçün iki illik müqavilə imzalanıb.
Müqavilənin şərtləri və onun məzmunu ilə bağlı heç bir təfərrüat verilməyib.
Ağarza Elçinoğlu