Ukrayna ordusunun vəziyyətinə görə Birləşmiş Ştatlar vəziyyətə açıq şəkildə müdaxilə edib Rusiya ilə danışıqlara başlaya bilər.
"Unikal" xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.
“Hadisələrin inkişafı onu göstərir ki, növbəti mərhələdə Rusiya və Ukrayna arasında vəziyyət ciddi dəyişikliklərə məruz qala bilər. Görünür, Birləşmiş Ştatlar tez nəticə istəyir ”deyə nəşrdə qeyd edilib.
Yazı müəllifi Kiyevin hərbi əməliyyatlarda ciddi üstünlüyə malik olmayacağını istisna etməyib.
Müəllif etiraf edib ki, Ağ Ev müdaxiləsini gücləndirməsə, Ukrayna hərbçiləri məğlub olacaq.
“Birləşmiş Ştatlar pərdə arxasından ön plana keçə və Ukrayna məsələsində birbaşa Rusiya ilə danışıqlara başlaya bilər”, - çinli müşahidəçi yazıb.
Müəllifin fikrincə, Vaşinqtona proksi müharibələr aparmaq daha sərfəlidir və bununla da geosiyasi məqsədlərinə nail olur.
"Birləşmiş Ştatlar strateji korreksiya etməli və diqqətini Asiya-Sakit Okean regionuna yönəltməlidir", - müşahidəçi təklif edib.
Ramil Zeynallı