İsrail ilk dəfə neft ixracatçısı olub.
"Unikal" xəbər verir ki, bazar ertəsi ixrac üçün nəzərdə tutulan xam neftin ilk partiyası İsrailin Kariş yatağından yüklənib.
Kariş yatağı bilavasitə iki ölkənin dəniz sərhədində yerləşdiyi üçün uzun illərdir İsrail və Livan arasında ərazi mübahisəsinin obyekti olub. Yalnız 2022-ci ilin oktyabrında İsrail hökuməti ABŞ-ın dəstəyi ilə Livanla dəniz sərhədinin yaradılmasına dair müqavilə bağlayıb, bunun əsasında Kariş İsrailə, qonşu Qana yatağı isə Livana qalıb.
Buna baxmayaraq, İsrail neftin ilk ixrac partiyasının daşınması zamanı əlavə təhlükəsizlik tədbirləri görüb. Yataqdan neft götürən tanker bazar ertəsi izləmə sistemlərini söndürüb ki, onun sonrakı marşrutunu izləmək mümkün olmasın. Bundan əlavə, tankeri yanğınsöndürən gəmi müşayiət edir. İsrail neftinin alıcısının kim olduğu məlum deyil.
“Kommersant” yazır ki, İsrail yatağı ötən ilin sonundan Yunanıstanın “Energean” şirkəti tərəfindən işlənib və Fransanın “TotalEnergies” şirkəti bu ilin sonunda Livan yatağından neft çıxarmağa başlayacaq.