Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi dağıntılar altından çıxarılan 1396 uşaqdan 282-nin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmadığını açıqlayıb.
"Unikal" xəbər verir ki, müşayiətsiz qalan 1396 uşaq, müalicə altında olan 721 uşaq var.
"167 uşaq müalicə olunduqdan sonra müəssisə qayğısına götürülüb. 508 övladımız şəxsiyyəti yoxlanıldıqdan sonra ailələrinə təhvil verilib. 1114 uşağın şəxsiyyəti müəyyən edilib. 282 uşağın isə şəxsiyyətini müəyyən etmək mümkün olmayıb" -deyə nazirlik bildirib.
Refakatçisi olmayan 1396, tedavisi devam eden 721 çocuk bulunmaktadır.
— T.C. Aile ve Sosyal Hizmetler Bakanlığı (@tcailesosyal) February 14, 2023
167 çocuk tedavisinin ardından kurum bakımına alınmıştır.
508 çocuğumuz kimlik kontrollerinden sonra ailelerine teslim edilmiştir.
Kimliği tespit edilen 1114, edilmeyen 282 çocuğumuz bulunmaktadır. pic.twitter.com/sqzIyk6Pl7