Türkiyənin “Qalatasaray” futbol klubu Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Arsen Zaxaryanı transfer etməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, İstanbul təmsilçisinin erməni əsilli futbolçunun transferi ilə bağlı razılıq əldə etdiyi bildirilir. Məlumata görə, "Qalatasaray" 19 yaşlı oyunçu üçün 13 milyon avro təzminat ödəməyə hazırdır.
Qeyd edək ki, Rusiya millisinin üzvü olan Zaxaryan cari mövsümdə Premyer Liqada 16 oyuna 2 qol vurub, 5 qol ötürməsi edib.