Moskvada Ukrayna xüsusi xidmət orqanları ilə işləyənlər var.
"Unikal" xəbər verir kiI, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi açıqlayıb.
İdarədən verilən məlumata görə, Kremldə Ukrayna ilə işləyənlərin şəxsi mənfəətləri var: "Bəziləri bunu həyatlarını xilas etmək üçün edir, bəziləri isə pul və nüfuz itkisinə görə".
"Ukrayna hərbi kəşfiyyatı düşmən ərazisində işləyir, rabitə Rusiyanın mərkəzi rəhbərliyi səviyyəsinə çatır. Bu məlumatlar minlərlə mənbədən, o cümlədən Kremlin yuxarı eşelonunda olan məlumat verənlərdən və Rusiya prezidenti Vladimir Putinə yaxın olanlardan gəlir", -Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak deyib.
Ağarza Elçinoğlu