Kahramanmaraşdakı zəlzələ nəticəsində 95 məktəb binası uçub.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, zəlzələ bölgəsində ümumilikdə 20 868 məktəb binası olub.
"Digər binaların təhlükəsizliyinin qiymətləndirilməsi gələn həftənin cümə gününə qədər tamamlanacaq".