Gürcüstanın Batumi şəhərində "Hopa" geyim bazarında yanğın baş verib. 

"Unikal" gürcü KİV-lərinə istinadən xəbər verir ki, hadisə yerində bir neçə partlayış səsləri eşidilib. 

Bazarda əsasən avtomobil hissələri, təkərlər və motor yağı satılan mağazalar yanıb. 

Bazarın yaxınlığında dayanmış iki avtomobil də yanaraq kül olub. 

Yanğın bir neçə saat sonra yanğınsöndürənlər tərəfindən nəzarətə götürülüb. 

Ağarza Elçinoğlu