"Antakyada binaların 40 faizində dağıntı aşkar edilib. Dəlil toplamadan dağıntılar aradan qaldırılmır. Dağılmış evlərin sahibləri də orada olacaq və salamat qalmış əşyalarını götürə biləcəklər".
"Unikal" xəbər verir ki, bunu türkiyənin daxili işlər naziri Süleyman Soylu Kahramanmaraşda bildirib.
Onun sözlərinə görə, uçmuş evlər yenidən tikiləcək və bir il ərzində təhvil veriləcək.