Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciətinə Rusiya Federasiyasına dost olmayan ölkələrin mediası buraxılmayacaq.
"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyaya dost olmayan ölkələrin mediası prezident Putinin Federal Məclisə müraciətinə akkreditasiya olunmayacaq.
Qeyd edək ki, fevralın 21-də Vladimir Putin Qostiny Dvorda Federal Məclisdə çıxış edəcək.