Kahramanmaraşda zəlzələ zamanı Murat Aktaş adlı şəxs 9 aylıq hamilə arvadını yaşadıqları mənzilin eyvanından atıb.
"Unikal" xəbər verir ki, bu barədə Aktaş ailəsi "Hürriyət"ə danışıb.
Belə ki, zəlzələ şokundan nə edəcəklərini bilməyən gənc ailə eyvana qaçıb. Kişi ilk olaraq həyat yoldaşını 1-ci mərtəbədən torpaq döşəməyə atıb:
Tuba Aktaş yaşadıqlarını belə izah edib: “Evimiz birinci mərtəbədə olduğu üçün dərhal eyvana qaçdıq və həyat yoldaşım məni balkondan atdı. Torpaq döşəməyə düşəndə elə bildim ki, qarnımdakı körpəni itirmişəm. Biz binadan bir az aralı olanda bina çökdü və bütün qonşularımız dağıntılar altında qaldı”, - deyə o bildirib.
Gənc cütlük hadisədən sonra İstanbulda özəl xəstəxanalardan birinə yerləşdirilib. Tuba Aktaş övladını dünyaya gətirib. Həkim nəzarəti altında olan ana və körpəninin vəziyyəti stabil olaraq qiymətləndirilir.
Gülayə Mecid