Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciətindən əvvəl tədbir iştirakçıları məcburi koronavirus testindən keçiblər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Svetlana Bessarab bildirib.
"Birinci test sınaqlarının nəticələrinə görə, 15 deputatın COVID-19 testi pozitiv çıxıb", - o açıqlayıb.
Test nəticələri neqativ çıxan tədbir iştirakçıları karantin müddəti bitdikdən sonra ölkə başçısı ilə görüşəcəklər.
Qeyd edək ki, sözügedən tədbir fevralın 21-də baş tutacaq.
Ağarza Elçinoğlu