Tacikistanda qar uçqunu nəticəsində 10 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi məlumat yayıb.

Bildirilib ki, Düşənbə-Varzob avtomobil yolunda 1 nəfər, Vanc rayonunda isə bir nəfər ölüb.

Ölkənin Xoroq şəhərində qar uçqunu nəticəsində 22 yaşayış binasına ziyan dəyib, 8 yerli sakin həlak olub.