Hollandiya və Danimarka Ukrayna silahlı qüvvələri üçün Almaniya istehsalı olan "Leopard 2" tanklarının tədarükündə iştirak etməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Die Welt" nəşri məlumat yayıb.
Məqalədə qeyd edilir ki, Hollandiya və Danimarka hökumətləri Kiyevə “Leopard 2” tədarük etməyəcəklərini, lakin “Leopard 1” tanklarının təmiri və hazırlanmasında iştirak etməyə hazır olduqlarını bəyan ediblər.