Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti erməni xilasedicilərinin axtarış-xilasetmə işləri apardığı Türkiyənin Adıyaman şəhərinə gəlib.
"Unikal" xəbər verir ki, naziri hava limanında beynəlxalq axtarış-xilasetmə qruplarının Adıyaman üzrə koordinatoru, diplomat Jeren Yazqan qarşılayıb.
Ararat Mirzoyan Jeren Yazqanla təkbətək söhbət etdikdən sonra Adıamanda axtarış-xilasetmə əməliyyatları aparan erməni xilasedicilərlə görüşüb.
Ermənistan-Türkiyə münasibətlərinin təbii fəlakət zonasında nizamlanmasına dair danışıqlarda Erməmistan XİN rəhbərini Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç müşayiət edəcək.