Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması işinə təkan vermək barədə razılığa gəliblər.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç deyib.
Onun sözlərinə görə, Ermənistan və Türkiyənin sərhədində yerləşən Marqara körpüsünün tezliklə istismara verilməsi planlaşdırılır.
“Ermənistan və Türkiyə sərhəddəki Marqara körpüsünün tez bir zamanda istismara verilməsi üçün mümkün olan hər şeyi edəcəklər. Tərəflərin son zamanlar atdığı addımlar münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək”, - deyə Serdar Kılıç qeyd edib.