"ATƏT-in Minsk Qrupunun formatı tarixin zibilliyinə atılıb".
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması cəhdlərinə kim zərbə vurubsa, bu, ABŞ başda olmaqla Qərb dövlətləridir. Amerikalı və fransalı həmsədrlərin 2022-ci ilin fevralında uydurma bəhanə ilə rusiyalı həmkarı ilə əməkdaşlığı dayandırmasından sonra ATƏT-in Minsk Qrupunun formatı tarixin zibil qutusuna göndərilib. Səbəbi ilə bağlı heç bir aydın izahat yoxdur", - deyə o XİN nümayəndəsi qeyd edib.
Zaxarovanın sözlərinə görə, Rusiya Federasiyası bütün bunları nəzərə alaraq İrəvan və Bakıya üçtərəfli formatda yardım göstərmək qərarına gəlib.
Ağarza Elçinoğlu