Türkiyədə universitetlər fevral ayının 20-dən etibarən onlayn formatda tədrisə başlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Ali Təhsil Komissiyasının sədri Erol Özvar açıqlayıb.
Onun sölərinə görə, vəziyyətdən asılı olaraq, aprel ayından etibarən dərslərin hibrid formata keçirilməsi də müzakirə edilə bilər.
Bundan əlavə, tibb, diş həkimliyi, memarlıq, mühəndislik kimi ixtisaslar oflayn təhsilə davam edəcək.
E.Özvar zəlzələdən zərər çəkən tələbələrdən təhsil haqqı alınmayacağını da qeyd edib.
Onu da deyək ki, Türkiyədə baş vermiş güclü zəlzələ ilə əlaqədar yaz sessiyasının başlanması təxirə salınmışdı.
Ağarza Elçinoğlu