Fevralın 17-də Rusiyanın şərqində 5 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların gücü Rixter şkalası üzrə 5 bal səviyyəsində qiymətləndirilib. Zəlzələ Kuril adaları ərazisində baş verib.
Zəlzənin episentri Matua adasından 35 kilometr şimal-qərbdə yerləşib, ocağı isə 166 kilometr dərinlikdə olub.