ABŞ Suriyanın şimal-şərqində İŞID-a qarşı əməliyyat keçirib. Terror təşkilatının lideri öldürülüb, əməliyyatda 4 ABŞ əsgərinin yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Açıqlamada, dünən həyata keçirilən əməliyyatda "Hədəfdə olan İŞID-ın yüksək səviyyəli lideri Həmzə əl-Homsi öldürülüb" deyə bildirilib. Hədəflənmiş partlayış nəticəsində 4 ABŞ əsgəri və bir itin yaralandığı deyilir.
Bildirilir ki, əsgərlər və it hazırda İraqdakı tibb müəssisəsində müalicə alır.
Homsinin rolunun nə olduğu barədə təfərrüatlar verilməyib.
Basqının Suriyada terror təşkilatı PYD/PKK ilə birlikdə həyata keçirildiyi açıqlanıb.