Türkiyənin 10 əyalətində baş verən 7,7 və 7,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 39 min 672-yə çatıb.
"Unikal" xəbər verir ki, Daxili işlər naziri Süleyman Soylu təbii fəlakət bölgəsi ilə bağlı açıqlamalar verib.
Nazir Kahramanmaraşda indiyədək baş verən zəlzələlərdə 39 min 672 vətəndaşın həyatını itirdiyini açıqlayıb. Soylu bildirib ki, 82 min bina ya dağılıb, ya da ciddi ziyan dəyib.