Rusiya ordusu Ukraynanın daha bir kəndini nəzarətə götürüb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Xarkov vilayətinin Qryanikovka kəndi nəzarətə götürülüb.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi ötən il fevralın 24-də başlayıb.