Ermənistanın müdafiə naziri Suren Papikyan fevral ayının 18-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfərə gedib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.
Onun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün BƏƏ-yə çatıb.
Səfərin məqsədi beynəlxalq müdafiə konfransında və "IDEX AND NAVDEX 2023" hərbi-sənaye sərgisində iştirak etməkdir.
Ağarza Elçinoğlu